Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Palatadan alınmayan kompensasiyalar barədə açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatadan alınmayan kompensasiyalar barədə açıqlama

Azərbaycanda dollar kreditləri ilə bağlı kompensasiyalarını hər hansı səbəbdən almamış vətəndaşların mayın 31-dən sonra da vaxtı var. 

 

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev bildirib. 

 

“Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası bu gün başa çatır. Amma hələ də ona düşən kompensasiyanı gəlib almayan vətəndaşlar var. Həmin vətəndaşlar kompensasiyalarını bu gündən sonra da götürə bilərlər”, - deyə o, qeyd edib. 

 

Palata rəsmisi fərmanın icrası ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının fəaliyyəti barədə də məlumat verib: “İndiyə qədər komissiyaya 25 min nəfərə yaxın vətəndaş müraciət edib. Onlardan 12 mininin müraciətinə baxılıb və şəxsi kabinetlərinə cavablar göndərilib. Müraciətlər xüsusi araşdırma tələb etdiyi üçün müəyyən qədər vaxt alır. Baxılmamış müraciət qalmayacaq, bütün müraciətlər növbəlilik prinsipi ilə cavablandırılacaq. Vətəndaşlara vaxtaşırı şəxsi kabinetlərini yoxlamaları tövsiyə olunur”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report 

31.05.2019 09:41

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ