Mobil manşet üstü reklam_21

AccessBank uşaqların səsinə səs verdi ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank uşaqların səsinə səs verdi ®

AccessBank 1 iyun - Uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunan konsert təşkil edib.



Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin azyaşlı tələbələri və "Uşaqların Sağlam Gələcəyi" İctimai Birliyində reabilitasiya keçən xüsusi qayğıya ehtiyacı olan uşaqlar eyni səhnəni paylaşıb.


Olduqca böyük maraqla qarşılanan konsertin keçirildiyi Dövlət Akademik filarmoniyasının Kamera və orqan musiqisi zalında boş yer yox idi. Tamaşaçılar arasında tanınmış incəsənət xadimləri, ictimaiyyət və media nümayəndələri də yer almışdı.



AccessBank-ın Marketinq və Korporativ bankçılıq icraçı direktoru Günay Cəlilova: "Ənənəvi olaraq, AccessBank Beynəlxalq uşaqların müdafiəsi günündə balacaları sevindirdi. Bu layihənin reallaşdırmasında əsas məqsədimiz xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına az da olsa dəstək olmaq idi. İnanıram ki, bu cür layihələri sayı çox olduqca, daha sağlam və gözəl gələcəyə nail ola biləcəyik. Konsertin həyata keçirilməsində bizə verdiyi dəstək üçün Fidan xanım Hacıyevaya xüsusi təşəkkür edirik. AccessBank olaraq uşaqların səsinə səs verməkdən qürur duyuruq".


Xalq artisti Fidan Hacıyeva: "İlk növbədə bu gözəl təşəbbüsə görə AccessBank-a təşəkkür etmək istərdim. İnanıram ki, bu cür layihələrə digər təşkilatlar da qoşulacaq və bu uşaqların cəmiyyətdə layiqli yerini tutması üçün dəstək olacaq. Onlar bizim gələcəyimizdir və biz birgə sağlam və xoşbəxt gələcəyimiz üçün çalışmalıyıq".

31.05.2019 12:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ