Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Expressbank cəbhəyanı bölgədə uşaqları sevindirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Expressbank cəbhəyanı bölgədə uşaqları sevindirdi

(®) Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən, ölkənin aparıcı banklarından olan Expressbank-ın əməkdaşları 1 iyun uşaqların müdafiəsi günü ilə bağlı Tərtər rayonunda xeyriyyə aksiyası təşkil ediblər.

 

“Xoşbəxt gələcəyimiz naminə” adlı layihə çərçivəsində növbəti tədbir Tərtər Rayon İcra hakimiyyətinin dəstəyi ilə məcburi köçkünlər üçün yeni inşa edilmiş Şıxarxda qəsəbəsində baş tutdu. Expressbank 5 saylı körpələr evi-uşaq bağçasının meydançasında balaca sakinlər üçün oyun kompleksini istifadəyə verdi. Oyun meydançasından bağça və ətraf qəsəbələrdən gələn ortalama 200 uşağın faydalanması gözlənilir.

 

İstifadəyə verilən kompleksdə oyunlar oynayan və əylənən uşaqların sevinci gözlərindən, təbəssümlərindən bəlli idi. Cəbhəyanı bölgədə yaşayan balacaların gülüş səsi ətrafı bürüyərək tədbirə xüsusi rəng qatdı. Bankın İnsan Resursları Departamentinin rəhbəri Məlahət Abdullayeva layihənin məqsədi barədə məlumat verdi:

 

“Bu gün cəbhəyanı bölgədə yaşayan uşaqların sevincini görmək bizi xoşbəxt edir. Gələcəyimiz olan uşaqlar daima diqqətimizdədir. Onların xoşbəxt gələcəyi naminə layihələr reallaşdırmaqda davam edəcəyik. Unutmayaq ki, insanlığın təməli uşaqlıqdan qoyulur.  Bu sağlam təməlin atılmasında bizim də payımız olsun istədik.  Oyunlar uşaqların psixoloji, ictimai və zehni inkişafını təmin edən ən mühüm vasitələrdən biridir. Bununla onlar ətraf mühiti, həyatı kəşf edir. Bu səbəbdən oyun meydançasını onlara hədiyyə etdik.”

 

Expressbank-ın uzun illərdir fəaliyyət göstərən layihəsinin məqsədi ölkənin gələcəyi olan uşaqların, gənclərin maarifləndirilməsinə, daha faydalı vətəndaş kimi yetişməsinə dəstək olmaqdır. Qeyd edək ki, bank korporativ sosial məsuliyyət siyasəti çərçivəsində müxtəlif layihələr reallaşdıraraq azyaşlıların və gənclərin hərtərəfli inkişafına dəstək olur.

 

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

 

Tərtərdəki tədbirdən hazırlanan videonu təqdim edirik.

 

01.06.2019 10:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ