Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Mayda 2 trilyon dollar "buxarlanıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mayda 2 trilyon dollar "buxarlanıb"

Ticarət müharibələri qlobal birjalardan 2 trilyon dollar aparıb


 

ABŞ ilə Çin arasında ticarət müharibəsi davam edərkən ABŞ Prezidenti Donald Tramp Meksika cəbhəsini də açıb. Ticarət müharibələri may ayında qlobal bazarlardan 2 trilyon dollarlıq itkinin yaşanmasına gətirib çıxarıb. ABŞ ilə Çin arasındakı müharibənin Huawei üzərindən davam etməsi xüsusilə texnologiya şirkətlərinin səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub. Sonuncu "Meksika qərarı" isə avtomobil istehsalçılarını vurub. 

 

"Marja" xəbər verir ki, "Datastream"ın məlumatlarına görə, ABŞ-da S&P 500 indeksi mayda 6.6 düşüb, bu, indeksdəki səhmlərin bazar dəyərindən 1.6 trilyon dolların silindiyi mənasını verir. MSCI Dünya İndeksindəki aylıq itki isə 6.2% təşkil edir. Bu azalma daxil itki 2 trilyon dollara çatır.

 

 ABŞ Prezidenti Donald Trampan Meksikadan idxal edilən məhsullara əlavə vergi tətbiq etməsi qlobal bazarlar üçün onsuz da mənfi keçən may ayının dünya dirjalarında ortalama gündəlik 0.8 enişlə bağlanmasına gətirib çıxarıb. 

 

Hələ Çinə tətbiq edilən tarifələrin təsiri itməmişkən, indi yeniləri ilə qarşı-qarşıyayıq. Bu da qlobal bazarlar üçün mənfi bir vəziyyətdir. Meksikaya tətbiq edilən əlavə tarif  bazarlar üçün sürpriz olub. Qlobal bazarlar Meksika və Kanada ilə aparılan ticarət danışıqlarının müsbət keçdiyini sanırdı.

 
Yaxın zamana qədər bazarlar ABŞ Prezidenti Trampın sonda iqtisadiyyatın pozulmaması üçün razılaşmalar edəcəyinə inanırdı. İndi isə qarşımızda istədiyini almaq üçün iqtisadiyyatı düşünmədən davamlı yeni əlavə tarifi tətbiq edə biləcək bir Tramp dayanır. 

 

Əsasən texnologiya şirkətlərinin yer aldığı Nasdaq indeksi may ayında 7.9% azalıb. S&P 500 indeksində yer alan texnologiya şirkətlərindəki azalma isə 8.9% təşkil edib. 

03.06.2019 05:45

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ