Velosipedin bazar həcmi 47 milyard dollardır - BU GÜN DÜNYA VELOSİPED GÜNÜDÜR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Velosipedin bazar həcmi 47 milyard dollardır - BU GÜN DÜNYA VELOSİPED GÜNÜDÜR

2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) qərar ilə 3 İyun "Dünya Velosiped Günü" elan edilib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu il ikinci dəfə qeyd olunacaq "Dünya Velosiped Günü" ilə, fərdlərin fiziki və ruhi sağlamlıqlarının gücləndirilməsi, cəmiyyətdə velosiped istifadəsi mədəniyyətinin inkişafını dəstəkləyəcək tədbirlərin təşkil edilməsi və ölkələrin velosipedi beynəlxalq, regional, milli və yerli inkişaf  proqramlarına daxil edilməsi hədəflənir. 

 

Birləşmiş Millətlər Təşkilatı bu çərşivədə üzv dövlətləri yol təhlükəsizliyini yaxşılaşdırmağa, piyada və velosipedlilərin təhlükəsizliyini təmin edəcək tədbirlər görmək daxil nəqliyyat infrastrukturlarının planlaşdırılması mərhələlərinə inteqrə etməyə çağırır.

 

ADAM BAŞINA 1 ƏDƏD DÜŞMÜR

 

Araşdırmalar dünyada 2 milyard ədəddən çox velosipedin olduğunu ortaya qoyur. 2050-ci ildə bu rəqəmin 5 milyarda yüksələcəyini nəzərdə  gözlənilir.

 

Dünya əhalisinin 7.5 milyard olduğu nəzərə alındığında isə, bu gün adambaşına düşən velosiped sayının 0.3 olduğu ortaya çıxır.

 

Dünya Müşahidə İnstitutunun (Worldwatch Institute) hesabatında isə, 1965-ci ildə avtomobil və velosiped istehsalının hər birinin təxminən 20 milyon ətrafında olub. Hazırda isə velosiped istehsalının avtomobil istehsalını keçib.

 

Təbliğatın artması velosipedin qlobal bazar böyüklüyünün 2018-də 47 milyard dollara yüksəlməsinə səbəb olub. 2024-cü ilə qədər isə bu rəqəmin 62 milyard dollara çatacağı təxmin edilir. 

 

Ən çox velosiped istehsal edən ölkələr Çin, Hindistan, Avropa Birliyi ölkələri, Tayvan və Yaponiyadır. 

 

Dünyadakı velosipedlərin 60%-dən çoxu isə Çində  istehsal edilir.

 

ƏHALİSİNDƏN ÇOX VELOSİPED VAR

 

Velosipedin ən çox istifadə edildiyi ölkələr isə Hollandiya, Danimarka, Almaniya, Çin, Finlandiya, İsveç, İsveçrə və Belçikadır.

 

Hollandiyada 17 milyon əhaliyə qarşı 23 milyon velosiped var. Ölkədə ailəbaşına düşən velosiped sayı da 3-dür. 

 

Dünyanın velosiped dostu şəhərləri ardıcıllığında isə Kopenhagen, Amsterdam, Utrecht, Eindhoven, Montreal və Tokio gəlir.

 

Əslində bir fiziki fəaliyyət olan velosiped sürmək, maddələr mübadiləsini sürətləndirir, xolesterol, diyabet və guatr kimi sağlamlıq problemlərinin aradan qalxmasında təsirli ola bilir. Eyni zamnda, araşdırmalar velosiped sürməyin qıç, kürək, qol əzələlərini də təsirli şəkildə işlətdiyini ortaya qoyur. 

 

Digər tərəfdən, velosipedlər hava çirkliliyinin qarşısını alır. 

03.06.2019 07:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ