Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Xalq Bank"dan unikal kredit təklifi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Xalq Bank"dan unikal kredit təklifi

® Qloballaşan dünyada biznes proseslərinin sürətləndiyi bir zaman tərəfdaşlar arasında etibar və güvənliliyin artırılması, vaxt itkisi və biznes risklərinin minimallaşdırılması, hesablaşmaların təhlükəsizliyi amilləri son dərəcə aktuallaşır.

 

Reklam_3_11

Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün ən geniş istifadə olunan məhsul akkreditivdir. ASC “Xalq” Bankının beynəlxalq təcrübədə geniş istifadə olunan rahat, əlverişli və təhlükəsiz akkreditivin cazibəliyini artıran unikal təklifi iş adamlarının ürəyincə olacaq.

 

Belə ki, Bank müştərilərinə beynəlxalq ticarətin maliyyələşdirilməsi, idxal əməliyyatları üçün akkreditiv təyinatlı kredit təklif edir. 500 000 manat və ya 300 000 ABŞ dolları məbləğində bərpaolunan kredit xətti şəklində təqdim edilən kredit akkreditiv üzrə ödəniş tarixindən dörd ay müddətinə verilir. Ənənəvi kredit məhsulları ilə müqayisədə bu kreditin əsas üstünlüyü onun olduqca əlverişli faiz dərəcəsindədir – xətt Azərbaycan manatı ilə illik 8%, ABŞ dolları ilə 4%-lə təklif olunur.

 

Akkreditiv – satıcı tərəfindən malın göndərilməsi, akkreditivdə nəzərdə tutulan digər şərtlərinin tam olaraq yerinə yetirilməsi və müvafiq sənədlərin təqdim edilməsi müqabilində akkreditivdə qeyd edilən məbləğin satıcıya ödənişini təmin edən bank xidmətidir.

 

Xalq Bank müştərilərə müxtəlif növ akkreditivlər təklif edir. Bank bu sahədə dünyanın tanınmış 1-ci dərəcəli bankları ilə əməkdaşlıq edir. Bank akkreditivlər üzrə məlumatların verilməsi, müştərinin ehtiyaclarına uyğun akkreditiv növünün seçilməsi, müqavilənin tərtib edilməsi sahəsində tam konsaltinq dəstəyi göstərir.

 

Xalq Bankın xidmət və məhsulları, aksiya və kampaniyaları haqqında ətraflı məlumatı www.xalqbank.azsaytında və ya 138 Məlumat Mərkəzinə zəng edib əldə etmək olar.

03.06.2019 13:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ