Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

AS Şirkətlər Qrupu Azərbycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AS Şirkətlər Qrupu Azərbycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® Mayın 31-də Azərbaycanda ilk dəfə autizm sindromlu uşaqların I Autizm Mədəniyyət Festivalı təşkil olunub.

 

Tədbirdə autizmli uşaqlar incəsənətin müxtəlif sahələrində istedadlarını nümayiş etdirib, cəmiyyətin ayrılmaz bir hissəsi olduqları mesajını veriblər.

 

"Uşaqların Xoşbəxt Gələcəyi", "Birgə və Sağlam" təşkilatlarının, "Ümid var" xeyriyyə könüllülərinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində keçirilən festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da qatılıb.

 

AS Şirkətlər Qrupunun “Renessans Palace” layihəsi ilə baş sponsorluq etdiyi I Autizm Mədəniyyət Festivalında uşaqlar pianoda və xor şəklində mahnılar ifa ediblər, podiumda model kimi bacarıqlarını göstəriblər. On nəfər balaca model Leyla Əliyevanın əsəri köçürülmüş parçadan hazırlanan kolleksiyanı təqdim edib.

 

Festivala Türkiyədən də istedadlı autizmli uşaqlar qatılıblar. İzmir Autizm Orkestri - İZOT xor qrupu tədbirdə maraqlı proqramla çıxış edib.

 

Tədbirdə iştirak edən Əməkdar artist Tünzalə Ağayeva və başqaları autizmli uşaqların yanında olduqlarını nümayiş etdiriblər.

 

Festival çərçivəsində, həmçinin Dövlət Pantomim Teatrının aktyorlarının və cəmiyyətdə tanınan bir sıra peşə sahiblərinin iştirakı ilə “Autizm fərqli və bizdən biri” mövzusunda fləşmob təqdim olunub.Tədbir ərzində autizm barədə qısametrajlı filmlər, sosial çarx, klip göstərilib, bukletlər paylanılıb.

03.06.2019 13:14

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ