Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AZAL-dan “Boeing”lərin alınması ilə bağlı yeni açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL-dan “Boeing”lərin alınması ilə bağlı yeni açıqlama

“Boeing 737 Max-8” təyyarələrinin alınmasına dair “Boeing” korporasiyası ilə müqavilə üzrə danışıqlar davam etdirilir.

 

AZAL-dan verilən məlumata görə, imzalanmış müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır.


⠀⠀
Müqavilə üzrə ilkin ödənişlər artıq olunub. Bu ödənişlər 2024-cü ildə “Boeing” korporasiyası tərəfindən nəzərə alınacaq.


⠀⠀
Onu da qeyd edək ki, hal-hazırda yeni geniş füzelyajlı təyyarələrin alınması üçün “Boeing” şirkəti ilə danışıqlar aparılır.


⠀⠀
Hələlik isə, “Azərbaycan Hava Yolları” mövcud təyyarə parkından aktiv istifadə edəcək.


⠀⠀
“Azərbaycan Hava Yolları” dünyada təyyarəqayırma sahəsində çalışan liderlərin – “Boeing”, “Airbus” və “Embraer” - təyyarələrindən istifadə edir.


Bundan əvvəl bildirilmişdi ki, Azərbaycanın milli aviadaşıyıcısı "Boeing 737 MAX-8" təyyarələrini almaqdan imtina edib.


"Boeing" korporasiyasına "Boeing 737 MAX-8" tipli 10 sərnişin təyyarəsinin alışı üzrə müqavilənin pozulması barədə məlumat vermişik", - QSC-dən bildirmişdilər.

 

AZAL-dan həmçinin bildiriblər ki, hazırda digər iri istehsalçılardan sərnişin təyyarələrinin alınmasının mümkünlüyünə dair danışıqlar aparılır.

 

Qeyd edək ki, 2017-ci ilin aprelində Azərbaycanın "Silk Way Airlines" şirkəti və "Boeing" korporasiyası 10 ədəd "Boeing 737 MAX-8" təyyarəsinin alqısı üzrə saziş imzalayıb. Sazişin ümumi dəyəri, təxminən, 1 milyard dollara bərabər olub. Təchizat üç il ərzində edilməli idi.

03.06.2019 15:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ