Azərbaycan fondu Türkiyə banklarındakı depozitlərini geri götürüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Türkiyə banklarındakı depozitlərini geri götürüb.

 

"Marja" Azərbaycan Respublikası Dövlət Neft Fondunun  2018-ci il büdcəsinin icrası barədə illik hesabata Hesablama Palatasının rəyinə istinadən xəbər verir ki, 2017-ci ilin sonunda Fondun Türkiyə banklarında cəmi depozitləri 854 milyon 525 min manat təşkil etmişdi. 2018-ci il ərzində ARDNF depozitlərini tamamilə geri götürüb.

 

2017-ci ilin sonunda ARDNF-in "Turkiye İş Bankası"nda 404 milyon 620 min dollar, "Turkiye Ziraat Bankasın"da 277 milyon 779 min dollar, "Turkiye AK Bankası"nnda 172 milyon 115 min dollar depoziti var idi.

 

Eyni zamanda ötən il Neft Fondu 309 milyon 131 min dollarlıq  Türkiyə suveren istiqrazları alıb.

 

"2018-ci ilin iyun ayından başlayaraq türk lirəsində ifadə olunan depozitlərin bitmə tarixləri
nəzərə alınmaqla mərhələli şəkildə vəsaitlər suveren istiqrazlara yatırılmışdır", rəydə deyilir.

3 İyun 2019 , 17:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin