Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR AQŞ və “Naftoqaz Ukrainı” əməkdaşlıq perspektivlərini müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR AQŞ və “Naftoqaz Ukrainı” əməkdaşlıq perspektivlərini müzakirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu günlərdə Ukraynanın “Naftoqaz Ukrainı” səhmdar şirkətinin kommersiya məsələləri üzrə direktoru Serqey Fedorenkonun başçılıq etdiyi nümayəndə heyəti SOCAR AQŞ-də olub.

 

SOCAR AQŞ-dən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, görüşdə Ukrayna nümayəndə heyəti müəssisənin həyata keçirdiyi qazma layihələri, əldə olunmuş nailiyyətlər və işçi personalının təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə yaxından tanış olmuş və müxtəlif təqdimatları izləmişdir.

 

Qonaqlar həmçinin, SOCAR AQŞ-nin  bu günlərdə həyata keçirdiyi bir sıra mühüm qazma layihələri, o cümlədən  olduqca mürəkkəb geoloji struktura malik ‘’Ümid-1’’ saylı özüldən SOCAR üzrə rekord dərinliyə- 6810 metrə qazılmış 16 nömrəli quyunun qazılması haqqında ətraflı məlumat əldə etdilər. İlk dəfə olaraq, “Ümid” yatağında tətbiq edilmiş müxtəlif texniki həllər ukraynalı mütəxəssislərin böyük marağına səbəb oldu.

 

Görüşdə tərəflər hazırkı və gələcək layihələrdə ortaqlıq prinsiplərini daha da əlverişli əsaslarla müəyyənləşdirmək üçün maraqlı fikir mübadiləsi aparmışdır.

 

SOCAR AQŞ-də təşkil olunan görüşlər sırasında nümayəndə heyəti SOCAR AQS Drilling School (Qazma Məktəbi) və istehsalat sahələrində də olublar. 

 

“İlk milli müəssisə olaraq, Xəzəryanı regionda Beynəlxalq Quyuya Nəzarət Forumunun (IWCf) Quyuya Nəzarət Təlim Proqramının 2, 3, 4-cü və Əsaslı Təmir zamanı Təzyiqin Nəzarətdə saxlanılmasıTəlim Proqramının  3-cü və 4-cü Səviyyələri üzrə  akredatsiya olunmuş SOCAR AQŞ Qazma məktəbinin fəaliyyəti və öz unikallığı ilə seçilən müxtəlif peşə təlimi kursları ukraynalı həmkarlarda zəngin təəssürat yaratdı.

 

Qazma məktəbində keçirilən görüşdə gələcək əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və İstehsalat təcrübəsi istiqamətində fikir mübadiləsi aparıldı.

 

Səmimi qəbula görə müəssisə rəhbərliyinə təşəkkürünü bildirən Serqey Fedorenko iki ölkə arasında  enerji sahəsində əməkdaşlıq üçün xeyli perspektivlərin mövcud olduğunu qeyd edərək SOCAR AQŞ ilə birgə layihələrin icrasında maraqlı olduqlarını vurğuladı”, - məlumatda deyilir.

 

SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

 

Hal-hazırda SOCAR AQŞ dayaz sulu “Günəşli” yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı, “Ümid” yatağının 1 saylı və  “Bulla” yatağında  6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ)  ‘qazma işləri aparır. 

 

Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.

03.06.2019 16:33

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ