Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Karasu” şirkəti vergi borcuna görə Neft Fonduna ödənişlər edə bilmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Karasu” şirkəti vergi borcuna görə Neft Fonduna ödənişlər edə bilmir

2018-ci il ərzində yataqlar üzrə faktiki daxilolmaların təhlili zamanı məlum olmuşdur ki, “Mişovdağ” və “Kəlaməddin” yatağı üzrə 2908,6 min manat proqnoza qarşı ümumiyyətlə daxilolma olmamışdır.

 

Reklam_3_11

"Marja" xəbər veri rki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə illik hesabata Hesablama Palatasının rəyində bildirilir.

 

Rəydə qeyd edilib ki, “Mişovdağ” və “Kəlaməddin” yatağında 2018-ci il üzrə hasilat proqnozda nəzərdə tutulmuş 0,71 milyon barrel səviyyəsinə qarşı 0.7 milyon barel təşkil etmişdir (98%). Buna baxmayaraq bu yataq üzrə Neft Fonduna vəsait daxil olmamışdır. Belə ki, 2009-cu ilin illik vergi hesablanmasına əsasən “Mişovdağ” və “Kəlaməddin” yatağının operatoru olan “Karasu” şirkətinin (Karasu Operating Company) vergi öhdəliyi yaranmış, lakin buna baxmayaraq “Karasu” əməliyyat şirkəti dövlətin payına düşən mənfəəti Fonda ödədiyi üçün vergi borcunun bağlanması üçün ilin sonuna kifayət qədər vəsaiti qalmamışdır. 2009-cu ildən etibarən dövlətin payına düşən mənfəət layihə üzrə yaranan vergi öhdəliklərinin ödənilməsinə kifayət etmədiyi üçün, Fonda ödənişlər edilməmişdir.

04.06.2019 06:10

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ