Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Banklar real sektora maliyyə qoymur, sadəcə alverlə məşğuldurlar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Banklar real sektora maliyyə qoymur, sadəcə alverlə məşğuldurlar"

"Sahibkar artıq bankla sərbəst işləməlidir. Bank yalvarır ki, gəl sənə aşağı faizlə kredit verim. Çox təəssüf ki, ölkədə biz bu məsələni həll edə bilməmişik".

 

Bu sözləri  Milli Məclisin deputatı Vahid Əhmədov Sahibkarlar Gününə həsr olunan konfransda çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, 10 min dollara qədər olan kreditlərlə bağlı Prezident 682 milyon manat vəsait ayırıb:

 

"Ölkədə 32 bank var, aldığım məlumata görə, 5-ə yaxın bank problemli kreditlərlə bağlı kifayət qədər böyük vəsait götürüb. İndi görək həmin banklar aldıqları vəsaitlər hesabına sahibkarlar üçün kredit faizlərini aşağı salacaq? Biz o bankların adını bilirik. Niyə bu gün banklar real sektorun inkişafı üçün maliyyə qoymur? Sadəcə alverlə məşğuldurlar.

 

Biz bu gün mülkiyyətin toxunulmazlığını təmin edə bilmirik. İstənilən icra başçısı gəlib sahibkarın mülkiyyətinə maneə törədə bilər. Bununla bağlı yüzlərlə şikayət alırıq.

 

Ölkədə sahibkarlığın inkişafı üçün xeyli şərait yaradılır, ancaq müəyyən problemlər var. Gömrük sahəsində sahibkar 40%-dən vergi ödəyir ki, bu da böyük rəqəmdir.

 

Məhkəmə hüquq sistemində gedən islahatları böyük maraqla izləyirik və bu sahədə çətinliklərin aradan qaldırılmasını gözləyirik".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "Qafqazinfo" 

04.06.2019 09:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ