SOCAR-ın xalis mənfəəti kəskin azalıb - RƏQƏMLƏRİ AÇIQLADI

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın xalis mənfəəti kəskin azalıb - RƏQƏMLƏRİ AÇIQLADI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR 2018-ci il üçün maliyyə hesabatını açıqlamışdır.

 

Hesabata əsasən, Şirkət ümumi gəlirlərini əvvəlki illə müqayisədə artıraraq 111,2 milyard manata çatdırmışdır.

 

Satışların maya dəyəri 105,5 milyard  manat, xalis əməliyyat xərcləri isə 2,1 milyard manat təşkil etmişdir.

 

Ötən ildə şirkətin əməliyyat gəliri artaraq, 3,6 milyard manata çatmışdır.

 

SOCAR-ın fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə valyuta kursunun dəyişkənliyi xərclərin artımına səbəb olsa da, Şirkət 2018-ci ili mənfəətlə başa vurmağa nail olmuşdur. Beləliklə, şirkətin xalis mənfəəti 1 milyard  224 milyon manat təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki,  2017-ci ildə SOCAR 2 milyard 92 milyon manat xalis mənfəət əldə etmişdi. Beləliklə, ən böyük dövlət şirkətinin xalis mənfəəti 868 milyon manat və ya 41,5% azalıb.

 

Hesabat ilində xam neftin satışından 58,5 milyard manat, neft məhsullarının satışından isə 40,1 milyard manat əldə edilmişdir.

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “2017-ci və 2018-ci illərdə SOCAR maliyyə göstəricilərini neft böhranından əvvəlki səviyyəyə qaldırmağa nail olmuş, illəri mənfəətlə başa vurmuşdur. Ötən il dövriyyədə müsbət saldonun əldə olunmasına əsas etibarilə, dünya neft bazarında qiymətlərin artması, STAR və Polipropilen zavodlarının istismara verilməsi ilə neft-kimya məhsullarından daha yüksək gəlirin əldə edilməsi, “Şahdəniz-2” layihəsi üzrə təbii qaz satışının yüksəlməsi səbəb olmuşdur. Növbəti illərdə yeni layihələrin başa çatdırılması və dayanıqlı istismarı ilə bu müsbət dinamikanı qorumağa çalışacağıq”.

 

Audit olunmuş maliyyə hesabatlarına görə SOCAR Qrupunun ümumi aktivləri ötən il 62,1 milyard manat, bunun müqabilində ümumi borc öhdəlikləri 13,7 milyard  manat təşkil etmişdir. SOCAR-ın cəmi kapitalı əvvəlki illə müqayisədə artaraq 24 milyard  manata çatmışdır.

 

Qeyd edək ki, son 10 ildə SOCAR-ın ümumi gəlirləri 24, cəmi kapitalı isə 3 dəfədən çox artıb.

 

SOCAR-ın 31.12.2018-ci il tarixinə hazırlanmış maliyyə hesabatlarına əvvəlki illərdə olduğu kimi nüfuzlu beynəlxalq audit şirkətlərindən Ernst & Young Holdings (CIS) B.V. müsbət rəy vermişdir. Ötən hesabat illəri ilə müqayisədə 2017-ci və 2018-ci illərdə davam etdirilən əlavə tədbirlər nəticəsində audit rəyinin 1 ay əvvəl alınmasına nail olunmuşdur. SOCAR-ın 2018-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına bu keçiddə baxa bilərsiniz. 



1 - 111,198 milyon manat 

2 - 105,468 milyon manat 

3 - 2,135 milyon manat 

4 - 3,595 milyon manat 

5 - 1,224 milyon manat 

6 - 58,462 milyon manat 

7 - 40,093 milyon manat 

8 - 62,136 milyon manat 

9 - 13,672 milyon manat 

10 - 23,944 milyon manat                               

 

04.06.2019 10:38

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ