Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Mingəçevirdəki qəzanın təkrarlanmaması üçün işlər görülür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mingəçevirdəki qəzanın təkrarlanmaması üçün işlər görülür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"“Azərenerji” ASC Bakı şəhəri və ətraf qəsəbələrin, o cümlədən regionların elektrik enerjisi təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə elektrik stansiyaları ilə yanaşı, sistem əhəmiyyətli 220 və 110 kilovoltluq yarımstansiyalarda kompleks tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir".

 

Bu barədə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi Teymur Abdullayev məlumat verib.

 

O bildirib ki, sistemtəşkiledici 220 kilovoltluq “Xırdalan”, Badamdar qəsəbəsindəki “Müşfiq” yarımstansiyaları, o cümlədən Bakı və ətraf qəsəbələrdə, həmçinin rayonlarda 17 ədəd 110 kilovoltluq yarımstansiya tam yenidən qurulur.

 

Artıq “Zabrat” və Sumqayıtdakı “Sulfanol” yarımstansiyalarında işlər başa çatıb. Digər yarımstansiyalarda aparılan yenidənqurma işləri isə yaxın aylarda yekunlaşacaq.

 

Qeyd edək ki, enerjisistemdə yarımstansiyaların yenidən qurulması, o cümlədən ifrat yüklənən transformatorların dəyişdirilərək gücünün çoxaldılması, avadanlıqların qızması və qəzaların qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üzərinə köçürülməsi, itkilərin aradan qaldırılması və ən əsası isə istehlakçıların daha keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması olduqca vacibdir.

 

Bildiririk ki, ötən ilin payızından etibarən həyata keçirilən “Reabilitasiya Proqramı” çərçivəsində yenidən qurulan yarımstansiyalardan əlavə, digər yarımstansiyaların transformatorlarının təmir edilməsi, dəyişdirilməsi və yenisi ilə əvəz edilməsi nəticəsində 250 meqavatamperdən çox güc artırılıb.

04.06.2019 11:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ