Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Unimetal”ın təşəbbüsü ilə ən böyük metal istehsalçılarının Bakıda konfransı keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Unimetal”ın təşəbbüsü ilə ən böyük metal istehsalçılarının Bakıda konfransı keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) 17-cı dəfə keçirilən konfransın ilk dəfə Bakıda keçirilməsində təşəbbüskar şirkət olan “Unimetal” MMC, MDB ölkələrindən 100-dən artıq nümayəndəni şəhərimizdə toplamışdır.

 

Konfransda müxtəlif ölkələrin ən böyük metal istehsalçıları Maqnitorskiy MK, Severstal, MetinVest, Evraz Holdinq, Novolipetsk MK, АММЕТ, Metal Ekspert, TMK, Arcellor Mittal və s. bir araya gələrək yeni istehsal xətlərini, istehsal həcmlərini müzakirə etmişlər.

 

Rusiya bazarına olan tələb və təkliflər dəyərləndirilmiş, qiymətlərin dinamikası  proqnozlaşdırılmışdır. Rusiya bazarında metal prokatın istehsalı üzrə yeni güclərin işə salınması haqqında fikir mübadiləsi aparılmışdır. 2019-ci ilin ikinci yarısı üçün olan gözləntilər və planlar haqqında danışılmışdır. Emalın dərinləşməsi, riskli investisiyalar və ya ticarətin effektivliyinin artırılması mövzularına da  toxunulmuşdur. Çin, Rusiya, ABŞ kimi ölkələrin dəstəyi ilə 3-4 İyun tarixində Bakıda “Yastı Prokat və Boru üzrə Beynəlxalq metallurgiya bazarında qiymət amilinə təsirindən geniş danışılan konfransda bir çox mövzuda fikir mübadilələri aparılmışdır.

 

MDB ölkələri arasındakı əməkdaşlığın istehsalçı və istehlakçıların xeyirinə olduğuna vurğu edilərək əməkdaşlıq müqavilələri imzalanmışdır. “Unimetal” MMC-nin direktoru Rüfət Əzizov konfrans zamanı çıxış edərkən şirkətin istehsal müəssisələri, zavodları haqqında danışıb, ölkədə sənayenin inkişafı üçün atılan yeni addımları vurğulayıb, polimer örtüklü dəmir istehsalı zavodu “Prometal” MMC haqqında da iştirakçıları məlumatlandırıb.

 

Azərbaycanın metal məhsulları haqqında kifayət qədər informasiya toplayan qonaq təmsilçilərlə yerli təmsilçimiz arasında müqavilələr imzalanmışdır.

04.06.2019 12:08

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ