Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Hesab.az hər zaman sosial layihələrə dəstək olur!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesab.az hər zaman sosial layihələrə dəstək olur!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) GoldenPay şirkəti- Hesab.az olayn ödəmə portalı hər zaman sosial məsuliyyətli və xeyriyyə məqsədli layihələrə dəstək olur, mümkün reklam kanalları vasitəsi ilə işıqlandırmağa çalışır. Həm təhsillə bağlı, həm də ictimai mövzulara həssas reaksiya göstərərək bu mövzularda da, onlayn ödəmə şirkətləri arasında lider olduğunu bir daha sübut etmiş olur.

 

Reklam_3_11

Öncədən də qeyd etdiyimiz kimi, Hesab.az “ASAN Məktub” layihəsinə kommunikasiya dəstəyi göstərir. Hesab.az –ın “ASAN Məktub”- a növbəti dəstək layihəsi çərçivəsində Hesab.az- da qeydiyyatlı istifadəçilər ödənişlər zamanı topladıqları bonuslarını Dərhal dəyiş bölməsində “ASAN Məktub”-a dəstək üçün dəyişdilər. Hesab.az-ın istifadəçiləri ilə birlikdə dəyişdiyi 100.000.000 bonus sayəsində 1000 AZN məbləğində Asan Məktubda uşaqların ehtiyacları qarşılandı. Artıq uşaqlar hədiyyələrinə qovuşdular. Hesab.az komandası 1000 AZN məbləğində hədiyyələri alaraq “ASAN Məktub”- un rəsmi saytına əlavə edilən uşaqların  arzularının bir qismini reallaşdırmış oldular.

 

Hesab.az eyni zamanda, kiçik Milanaya və Xəqaniyə dəstək olmaq məqsədiylə öz sosial media kanalları vasitəsiylə istifadəçilərinə müraciət etmişdir.

 

GoldenPay şirkətinin İdarə Heyətinin Sədri Naina Mehdiyeva bildirib ki, uşaqların üzlərindəki sevinc və gülüşə səbəb olmaq Hesab.az komandası üçün çox qürur verici hissdir. “ASAN Məktub”- un rəsmi saytında əlavə edilən arzuların reallaşmasına görə hər bir Hesab.az istifadəçisinə təşəkkür edirik. Biz həm “ASAN Məktub” layihəsinə həm də,  digər xeyriyyə məqsədli layihələrə dəstək olaraq ictimai məsuliyyətimizi dərk edir və bu yöndə əlimizdən gəldiyi qədər cəmiyyətə faydalı olmağa çalışırıq.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

04.06.2019 12:21

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ