Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

PAŞA Bankın sponsorluğu ilə “Main Tech” forumu keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bankın sponsorluğu ilə “Main Tech” forumu keçirilib

(®) Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bankın sponsorluğu ilə 3 iyun tarixində Bakıda "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar" ("Main Tech") forumu keçirilib.

 

Tədbirin əsas məqsədi ölkədə hazırlanan innovativ və texnoloji məhsul və xidmətləri geniş auditoriyaya  təqdim etmək və ixracına dəstək olmaqdır. Bu forumda dövlət qurumları və beynəlxalq təşkilatlar ilə yanaşı özəl sektorun və startap şirkətlərin nümayəndələri də iştirak etmişdir.

 

PAŞA Bank adından tədbirinin spikeri qismində Bankın Rəqəmsal məhsullar üzrə rəhbəri Səbinə Qurbanova çıxış edib:

 

“2018-2020-ci illəri əhatə edən yeni inkişaf strategiyamız çərçivəsində rəqəmsal məhsul və xidmətlərin yaradılmasının  bütün mərhələləri Müştərinin proaktiv iştirakı ilə həyata keçirilir, müştərilərdən alınan fikir və rəylər əsasında məhsul yekun vəziyyətə çatdırılır. Onu da qeyd edim ki, ilkin mərhələlərdə Rəqəmsallaşdırma ilə bağlı layihələrə beynəlxalq ekspertlər cəlb edilirdisə, bu ildən etibarən Rəqəmsal laboratoriyada bütün məhsullar yerli kadrların köməyi ilə ərsəyə gətirilir. İnanırıq ki, bu yanaşma yerli bazada da bu sahədə insan resurslarının potensialının gücləndirilməsi işinə öz töhfəsini verəcək”.

 

Bu sahədə hansı əlavə tədbirlərin görülməsinin labüd olması sualına cavab olaraq xanım Qurbanova bildirmişdir: “Finteklərin davamlı inkişafını təmin etmək üçün ölkə səviyyəsində tənzimləyici “sandbox”-un yaradılması məqsədəuyğun olardı. Bu sandbox finteklərə məhsulu bazara çıxarmamışdan öncə tənzimləyici ilə sınaqdan keçirmək imkanı verəcək və bazarın ümumi inkişafına gətirib çıxaracaq”.

 

Tədbir əsnasında ölkəmizdə yaradılmış texnologiyaların ixrac perspektivləri və ölkədaxili innovativ biznes ekosistemlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı. Ekspertlər innovasiya həllərinin ixracı sahəsindəki qlobal təcrübə, ölkə daxilində özəl və dövlət sektoru tərəfindən yaradılan məhsul və xidmətlərin təşviqi və digər aktual məsələləri müzakirə etdilər.

 

Qeyd edək ki, “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” forumu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin təşkilatçılığı ilə həyata keçirilmişdir.

04.06.2019 13:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ