Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Kommersiya məhkəmələri yaradılır, bir məhkəmədə azı 12 hakim olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kommersiya məhkəmələri yaradılır, bir məhkəmədə azı 12 hakim olacaq


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

 

Reklam_3_11

Komitənin sədri Əli Hüseynli gündəliyə dörd məsələnin daxil olduğunu bildirib.

 

Əvvəlcə “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Qeyd edilib ki, qanuna bir sıra texniki dəyişikliklər, həmçinin “Kommersiya məhkəmələri” adlı VIII-I fəslin əlavə edilməsi təklif olunur.

 

Əsas dəyişiklik Azərbaycanda komersiya məhkəmələrinin yaradılması ilə bağlıdır.

 

Əlavə edilən 46.1-ci maddəyə əsasən, kommersiya məhkəmələri birinci instiasiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işərə baxır.

 

Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcrübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.

 

İclasda, həmçinin Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunub.

 

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

04.06.2019 13:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ