Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İki neftmaşınqayırma zavodunun tikilməsi ilə bağlı Prezidentə müraciət

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki neftmaşınqayırma zavodunun tikilməsi ilə bağlı Prezidentə müraciət

Deputat Vahid Əhmədov Azərbaycanda iki neftmaşınqayırma zavodunun tikilməsi ilə bağlı ölkə prezidentinə məktub yollayıb. 

 

Reklam_3_11

O, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. O, vurğulayıb ki, biz ölkədə iri sənaye müəssissələrinin yaradılmasına çalışmalıyıq: “Bunun üçün vəsaitimiz də var. Bunlar elə müəssisələr olmalıdır ki, orada ən azı 7-10 min insan çalışsın. Ona görə də mən iki neftmaşınqayırma zavodunun tikilməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişəm. Həmçinin bununla bağlı institutun yaranmasına da ehtiyac var. Belə olan halda Azərbaycana idxal olunan məhsulların sayında azalma olacaq”.

 

V. Əhmədov həmçinin 2018-ci ilin dövlət büdcəsində tikinti sektorunda azalmanın olduğunu qeyd edib. O, vurğulayıb ki, bu sektorda 9 faiz azalma qeydə alınıb. Deputat bunun səbəbini Maliyyə nazirinin müavinindən soruşub. 

 

Millət vəkili idxal-ixrac əməliyyatlarının çəkisinə də diqqət yetirib. Bildirib ki,  ixracda neft məhsulları 90 faiz təşkil edir. Qalan 10 faiz isə qeyri-neft sektorunun payına düşür.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “Qafqazinfo” 

04.06.2019 14:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ