Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

20 illik ipoteka bərpa edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
20 illik ipoteka bərpa edildi

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankı tikinti şirkətləri ilə əməkdaşlığı yenidən bərpa edib.

 

“Marja” xəbər verir ki, Bank müvəqqəti olaraq dayandırdığı 20 illik manat ipotekasını bərpa edib. İpoteka krediti illik 10% ilə ayrılır.  İlkin ödəniş layihədən və mənzildən aslı olaraq  dəyişir.

 

Müştərilərinə müjdəni çatdıran tikinti şirkətlərindən biri “Kristal Abşeron” olub.

 

“Kristal Abşeron-dan qaynar təklif! 20 illik ipoteka bərpa olundu! Bu gündən etibarən Kristal Abşeron layihələrinə gəlin, tam təmirli hazır mənzilləri 20 ilədək ipoteka imkanı ilə əldə edin! Tələsin! Mənzillərin sayı məhduddur! Bugünun işini digər baharlara saxlamayın!” – şirkət Facebook səhifəsində yazıb.

 

“Kristal Abşeron” Facebook səhifəsində müştərilərin suallarından birinə cavab olaraq yazıb ki, indi Xırdalanda 316 manat aylıq ödənişlə də mənzilə sahib olmaq olar:

 

“1 otaqlı 37 kv/m ilkin ödəniş 6950 AZN olacaq, aylıq ödəniş 413 AZN.  28.8 kv.m  üçün ilkin ödəniş 7 700 AZN, aylıq ödəniş 316 AZN”

 

https://www.facebook.com/KristalAbsheron/?fref=ts

 

XXX 17:42

 

Azərbaycan Beynəlxalq Bankı 20 illik ipotekanı bərpa edib.

 

“Marja”nın əldə etdiyi məlumata görə, bu gündən başlayaraq, vətəndaşlar Bankın tərəfdaşı olan tikinti şirkətlərinə müraciət edərək şəxsiyyət vəsiqəsilə 20 illik ipoteka ilə mənzil əldə edə bilər.

 

Məsələn, Kristal Abşeron və Xəzər İnşaat-dan tam təmirli hazır mənzilləri 20 ilədək ipoteka imkanı ilə əldə edə bilərsiniz.

 

İpoteka krediti illik 10% ilə ayrılır.  İlkin ödəniş Layihədən və mənzildən aslı olaraq  dəyişir.

13.03.2017 06:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ