Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bu bank kiçik və orta biznesin kreditləşdirilməsi üzrə portfelini 46% artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu bank kiçik və orta biznesin kreditləşdirilməsi üzrə portfelini 46% artırıb

“Bank Respublika” 2018-ci ildə kiçik və orta biznesin kreditləşdirilməsi üzrə portfelini 45,7%, mikro kredit portfelini isə 2,9 dəfə artırıb.

 

Reklam_3_11

Bankın auditi aparılmış illik hesabatına əsasən, 1 yanvar 2019-cu il tarixinə kiçik və orta biznesin kreditləşdirilməsi üzrə portfel 211,39 mln. manat və ya “Bank Respublika”nın bütün kredit portfelinin 58%-ni, mikro kredit portfeli 64,785 mln. manat (18%) təşkil edir.

 

“Bank Respublika” 2018-ci ildə ipoteka portfelini 4,1% - 45,992 mln. manatadək, pərakəndə kredit portfelini 29% - 38,947 mln. manatadək artırıb.

 

2018-ci ildə bankın kredit portfeli 48,3% - 363,611 mln. manatadək artıb.

 

“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası (16,6%) və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT (4,25%) də daxildir. Bankın əsas səhm paketi iş adamı Natiq Quliyevə və onun ailə üzvlərinə məxsusdur.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

04.06.2019 14:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ