Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Soğan bahalaşa bilər - Azərbaycan soğanı Rusiya bazarına çıxarılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Soğan bahalaşa bilər - Azərbaycan soğanı Rusiya bazarına çıxarılacaq

Kəndli və fermerlərin sata bilmədiyi tonlarla soğan Rusiya bazarlarına çıxarılacaq.

 

HƏMÇİNİ BAX: Satışa 10 tona yaxın ət çıxarılacaq - qiyməti 7 manat olacaq

 

Bunu  “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin Yuxarı Qarabağ Regional Bölməsinin aparıcı mütəxəssisi Raqif Məmmədov bildirib.

 

Onun sözlərinə görə, artıq Rusiya bazarlarına 500 tondan çox kənd təsərrüfatı məhsulları daşınıb: “Hazırda isə kəndli fermerlərin ötən mövsüm becərdikləri, amma sata bilmədikləri minlərlə ton soğan dövlətin dəstəyi ilə xarici bazarlarda satılması planlaşdırılır”.

 

Fermer Camal Məhərrəmov bildirib ki, ötən il 1 500 tonadək becərdiyi soğan anbarlarda qalıb: “Qiymətlərin ucuz olması və yerli bazarlarda alıcı olmaması səbəbindən məhsulun 60%-i zay olub”.

 

Kənd təsərrüfatı mütəxəssisləri hesab edirlər ki, əslində məhsulun satılmamasında fermerlər özləri təqsirkardır. Bütün bölgələrdə eyni məhsulun kütləvi şəkildə becərilməsi qiymətlərin aşağı düşməsi ilə yanaşı, həm də alıcılıq qabiliyyətini aşağı salır. Bu səbəbdən də yeni əkin mövsümündə müxtəlif çeşidli məhsulun becərilməsi üçün maarifləndirmə işlərinin aparılacağı planlaşdırılır. Dövlətin fermerlərə dəstək olması onların daha çox qazanc əldə etməsi ilə yanaşı, həm də əkinçilik mədəniyyətinin inkişafına səbəb olacağı məqsədini daşıyacaq. 

 

© APA

11.03.2017 19:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ