Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Hindistanın turizm şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Hindistanın turizm şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Turizm Bürosu turizm sahəsi üzrə ixtisaslaşmış Hindistan şirkətləri ilə mümkün əməkdaşlıq imkanlarını müzakirə edib.

 

Reklam_3_11

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, ölkəmizə gələn əcnəbilərin sayını artırmaq məqsədilə yerli turoperatorların nümayəndələri ilə Hindistandan olan turizm şirkətləri arasında tanışlıq görüşü təşkil olunub.

 

50-dən çox yerli turoperatorun iştirak etdiyi görüşdə Hindistan şirkətlərinə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verilib.

 

Mumbay şəhərindən olan şirkətlərin Azərbaycan və onun turizm imkanları barədə ətraflı məlumatlandırılması məqsədilə Bakı, Şamaxı və Qəbələ şəhərlərinə tanışlıq səfərləri təşkil olunub.

 

Bakıda xidmət göstərən hotellər və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıqla başa vurulması planlaşdırılan səfər iyunun 6-dək davam edəcək.

 

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Hindistanın Mumbay şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

04.06.2019 15:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ