Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Avtomobil bazarında nəhəng birləşmə baş tutmadı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil bazarında nəhəng birləşmə baş tutmadı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Fiat Chrysler" şirkəti "Renault" şirkətinə etdiyi "birləşmə təklifi"ni geri götürdü

 
Fransa hökuməti "Fiat Chrysler" və "Renault" birləşməsinə razılıq vermədi


 

Mərkəzi ofisi İtaliyada yerləşən "Fiat Chrysler" şirkəti, mərkəzi ofisi Fransada yerləşən "Renault Groupe" şirkətinə etdiyi birləşmək təklifini geri götürüb. 

 

"Marja" xəbər verir ki, "Fiat Chrysler" tərəfindən verilən açıqlamada, Fransadakı siyasi şərtlərin bu anda belə bir-birləşməni mümkün etməyəcəyi qeyd edilib.  


Açıqlamada "John Elkann sədrliyində toplanan "Fiat Chrysler Automobiles"in İdarə heyəti, "Renault"a etdiyi birləşmə təklifini dərhal geri götürmək qərarı verib" ifadəsi istifadə edilib.

 

Dünən Fransanın avtomobil istehsalçısı "Renault" tərəfindən verilən açıqlamada, idarə heyəti üzvlərinin yığıncaqda təklifi müzakirə etdiklərini, lakin Fransa Hökuməti nümayəndələrinin yığıncaqda təkliflə əlaqədar təxirəsalma tələb etmələrindən ötəri bir qərar verilmədiyi qeyd edilmişdi.

 

"Fiat Chrysler Automobiles" (FCA) 27 Mayda iki şirkətin 50%-50% payla birləşməsi üçün bir təklif təqdim etmişdi. 

 

1898-dən bəri avtomobil istehsalı edən "Renault", keçən il 134 ölkədə 3,9 milyon avtomobil satıb. Şirkətin 36 istehsal təsisi, 12 min 700 satış nöqtəsi və 180 mindən çox işçisi var. Fransa dövləti  15% ilə Renault-un ən böyük səhmdarıdır.

06.06.2019 19:16

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ