Kombayın tapılmır, arpa sahələrdə məhv olur - FERMERLƏR ALDADILIR
Əksər bölgələr kimi Biləsuvarda da arpa biçininə start verilib. Bu il məhsuldarlıq da yüksəkdir. Lakin kombayn çatımazlığı səbəbindən fermerlər biçin apara bilmirlər.
"Marja" xəbər verir ki, Biləsuvarın İsmətli kəndindəndə 500 hektara yaxın taxıl əkilib. Bu il məhsuldarlıq da yüksək olub. Lakin kombayn çatımazlığı səbəbindən fermerlər biçin apara bilmirlər. Təsərrüfat sahiblərinin sözlərinə görə, məhsul günü-gündən məhv olur.
“Orta hesabla 30 sentener götürülməli idim. Artıq vaxtında biçlmədiyinə görə 7-8 senteneri məhv olub. 2-3 gündən sonra məhsulun 50 faizi məhv olacaq. Bir həftə sonra isə sahəyə kombayn girsə sünbüllər qırılıb töküləcək”, - təsərrüfat sahiblərindən biri deyib.
“3 hektar səhədə arpa əkmişəm. Orta hesabla 10 ton götürməli idim. Əgər 2-3 günə arpa biçilməsə mən 3-4 ton məhsul götürəcəm”,- digər fermer bildirib.
Fermerlərə görə, aidiyyatı qurumlara müraciət edilib, amma heç bir nəticəsi olmayıb: “Hər dəfə deyirlər “gedin sabah gələcək”. Bir həftədir yollardayıq, kombayn göndərilmir. Arpa isə gözləmir, məhsul yetişdikcə yerə tökülür”.
Məsələ ilə bağlı Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, taxıl biçini növbəli sistem əsasında aparılır. Yaxın günlərdə İsmətli kəndinə də növbə çatacaq və oradakı arpa biçiləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 22 saat əvvəl
-
1 gün əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 gün əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl