Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rosneft/Seçin: ABŞ qlobal liderliyi Çinə uduzur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rosneft/Seçin: ABŞ qlobal liderliyi Çinə uduzur

Rusiyanın neft şirkəti "Rosneft"in İdarə Heyətinin sədri İgor Seçin, ABŞ-ın qlobal mövqeyini itirdiyini iddia edərək, "Çin bir çox baxımdan qlobal liderliyi əldə etmiş vəziyyətdədir və 2050-ci ilə qədər bu üstünlük iki qat artacaq" deyib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Seçin, Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda (SPIEF) etdiyi çıxışında, ABŞ-ı, enerji sektorunu "siyasi bir vasitə" kimi istifadə etməkdə günahlandırıb. 

 

Sanksiyaların və ya sanksiya təhdidlərinin qlobal enerji sektorunda dağıdıcı təsirlər yaratdığını bildirən Seçin, "Bəziləri Rusiyanı enerji sektorunu siyasət üçün istifadə etməklə günahlandırır, ancaq günümüzün gerçəyi ABŞ-ın bunu böyük miqyasda etməsidir. ABŞ-ın enerjidəki qızıl çağı, bəzi başqa ölkələr baxımından enerji müstəmləkəçiliyi halına gəldi" deyib.

 

Seçin, ABŞ-ın qlobal liderliyini isə itirməyə başladığı iddiasını edərək, "ABŞ son dövrdə qlobal mövqeyini itirdi. Çin bir çox baxımdan qlobal liderliyi əldə etmiş vəziyyətdədir və 2050-ci ilə qədər bu üstünlük iki qat artacaq" ifadələrini istifadə edib. 

 

Nüfuzunu itirməyə başlayan ABŞ-ın, rəqiblərini yavaşlatmağa çalışdığı qeyd edən Seçin, "Məsələn özünə rəqib olan Şimal Axın 2 kimi layihələrin inkişafına maneə törədirlər",- deyib. 

06.06.2019 20:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ