Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Kombaynların iri təsərrüfatlara xidmət göstərdiyi iddia edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kombaynların iri  təsərrüfatlara xidmət göstərdiyi iddia edilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kombayn tapılmır, yetişən arpa məhv olur.


 

Reklam_3_11

"Marja" xəbər verir ki, Biləsuvar ilə bərabər İmişli və Bərdədə də kompayn tapılmadığı bildirilir.

 

Sosial şəbəkədə yazılan iddialara görə, kombaynlar vəzifəli şəxslərin və iri aqroparkların sahələrini biçirlər. Bu səbəbdən kiçik sahələr biçilməmiş qalır.

 

Kənd Təsərrüfatı Nazirliyi, "Aqrolizinq” ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə ilk növbədə 50 hektardan aşağı sahəsi olan fermerlərin taxıl sahələrinin biçiləcəyini, yalnız bundan sonra iri taxılçılıq təsərrüfatlarına xidmət göstəriləcəyi açıqlamışdı.

 

Xəbər verdiyimiz kimi, Biləsuvarın İsmətli kəndindəndə 500 hektara yaxın taxıl əkilib. Bu il məhsuldarlıq da yüksək olub. Lakin kombayn çatımazlığı səbəbindən fermerlər biçin apara bilmirlər. Təsərrüfat sahiblərinin sözlərinə görə, məhsul günü-gündən məhv olur.

 

“Orta hesabla 30 sentener götürülməli idim. Artıq vaxtında biçlmədiyinə görə 7-8 senteneri məhv olub. 2-3 gündən sonra məhsulun 50 faizi məhv olacaq. Bir həftə sonra isə sahəyə kombayn girsə sünbüllər qırılıb töküləcək”, - təsərrüfat sahiblərindən biri deyib.

 

“3 hektar səhədə arpa əkmişəm. Orta hesabla 10 ton götürməli idim. Əgər 2-3 günə arpa biçilməsə mən 3-4 ton məhsul götürəcəm”,- digər fermer bildirib.

 

Fermerlərə görə, aidiyyatı qurumlara müraciət edilib, amma heç bir nəticəsi olmayıb:“Hər dəfə deyirlər “gedin sabah gələcək”. Bir həftədir yollardayıq, kombayn göndərilmir. Arpa isə gözləmir, məhsul yetişdikcə yerə tökülür”. 

07.06.2019 07:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ