Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Holcim Azərbaycan”ın qazancında dördqat artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Holcim Azərbaycan”ın qazancında dördqat artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın iri sement istehsalçısı “Holcim Azərbaycan” ASC-nin satışdan gəlirləri artıb.

 

“Marja” şirkətin illik hesabatına istindən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə satışdan gəlirlər 9 milyon 334 min manat və ya 8,7% artaraq 116 milyon 332 min manat təşkil edib. ASC 2017-ci ildə 106 milyon 998 min manat gəlir əldə etmişdi.

 

İllik müqayisədə satışın maya dəyəri isə 3 milyon 912 min manat artaraq 64 milyon 133 min manat təşkil edib. Gəlir satışın maya dəyərindən daha çox artdığından ümumi mənfəət 2017-ci ildə 46 milyon 777 min manat ikən, 2018-ci ildə 52 milyon 199 min manat təşkil edib.

 

Ötən il “Holcim Azərbaycan”ın ümumi və inzibati xərcləri artsa da, çatdırılma xərcləri azalıb.

 

Xərclər və vergilərdən sonra ötən il ASC-nin 7 milyon 67 min manat xalis mənfəəti qalıb. ASC 2017-ci ili 1 milyon 759 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, ötən il “Holcim Azərbaycan”ın xalis mənfəəti 4 dəfə artıb.

 

2018-ci ilin sonunda şirkət 94 milyon 880 min manat bölüşdürülməmiş xalis mənfəətə malik olub. 2017-ci ilin sonunda bu rəqəm 87 milyon 813 min manat idi.

 

Ötən il “Holcim Azərbaycan”ın kredit borcları 3 milyon 447 min manat azalaraq 148 milyon 307 min manata düşüb.

 

31 Dekabr 2018-ci il tarixində “Holcim Azərbaycan” 308 milyon 386 min manat cəmi aktivlərə malik olub. Sement istehsalçısı 2017-ci ilin sonunda 321 milyon 385 min manat cəmi aktivlərə malik idi.

 

Qeyd edək ki, “Holcim Azərbaycan” 2018-ci maliyyə ilinin yekunları üzrə də səhmdarlara dividend ödəməyəcək.

 

Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.

07.06.2019 08:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ