Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Kommersiya məhkəməsi sədrinin maaşı məlum olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kommersiya məhkəməsi sədrinin maaşı məlum olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda yeni fəaliyyətə başlayacaq kommersiya məhkəmələrinin sədrlərinin maaşları məlum olub.

 

Reklam_3_11

Bununla bağlı məsələ “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə edilən yeni fəsildə öz əksini tapıb.

 

Belə ki, kommersiya məhkəmələrinin sədrləri də ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin sədrləri kimi Ali Məhkəmə sədrinin vəzifə maaşının 80%-i həcmində  - 1824 manat maddi təminat alacaq.

 

Qeyd edək ki, qanuna təklif edilən yeni dəyişikliklər iyunun 13-də parlamentin növbədənkənar təşkil olunan ilk plenar iclasında müzakirəyə çıxarılacaq. 

 

Kommersiya məhkəməsi sədrinin səlahiyyətləri 

 

 

Azərbaycanda kommersiya məhkəməsi sədrinin səlahiyyətləri də müəyyənləşib.

 

Bununla bağlı məsələ “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə edilən yeni fəsildə öz əksini tapıb.

 

Qanuna əlavə edilən kommersiya məhkəməsi adlı yeni VIII-I fəsildə kommersiya məhkəməsi və onun səlahiyyətləri yer alıb. 

 

Belə ki, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxacaq.

 

Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edəcək, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənəcək və ümumiləşdirəcək, Azərbaycan qanunları ilə ona aid edilən digər səlahiyyətləri həyata keçirəcək.

 

Sədr məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edəcək, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edəcək, məhkəmə iclaslarına sədrlik edəcək, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edəcək. Həmçinin məhkəmə aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edəcək.

 

Kommersiya məhkəməsinin sədri Ali Məhkəmənin Plenumunda və müvafiq apelyasiya instansiyası məhkəməsinin Rəyasət heyətində Kommersiya məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verəcək.

 

Qeyd edək ki, qanuna təklif edilən yeni dəyişikliklər iyunun 13-də parlamentin növbədənkənar təşkil olunan ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

07.06.2019 09:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ