Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Min ton soğan ixrac olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Min ton soğan ixrac olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə Rusiya bazarlarına ixrac olunan soğanın həcmi min tona çatıb. Cəmiyyət Ağdam və Ağcabədi rayonlarndan alınmaq şərti ilə son iki ay ərzində 1000 (min) ton, son on gün ərzində isə 600 (altıyüz) ton keyfiyyətli soğan tədarük etməyə nail olmuşdur. Hazırda proses davam etdirilir, hər həftə orta bazar qiymətinə soğan alınaraq Rusiya bazarlarına göndərilir.

 

Reklam_3_11

Məlum olduğu kimi, builki məhsul mövsümündə bir sıra rayonlarımızda əmtəəlik soğan təlabatdan çox istehsal olunmuşdur. Cəmiyyət soğan istehsalçılarını ziyana düşməkdən qorumaq üçün ərzaqla təchiz etdiyi 1859 müəssisənin soğana olan təlabatını-1047 tonu fermerlərdən tədarük etmiş, təlabatdan artıq qalan hissənin isə yaxın xarici ölkə bazarlarına ixracı prosesinə start vermişdir. Rusiya bazarında təlabat olduğu üçün Cəmiyyət Rusiyanın bir sıra aidiyyəti orqanları və iş adamları ilə danışıqlar apararaq Azərbaycan soğanının ixracı haqqında razılıq əldə etmişdir. Cəbhə bölgəsində yaşayan əhalinin iqtisadi mənafeinin qorunmasını əsas götürən Cəmiyyət hər həftə orta bazar qiymətinə soğan alaraq Rusiya bazarlarına göndərir.

 

Yaz-tarla mövsümünün başlaması ilə əlaqədar olaraq “Ərzaq məhsullarının tədarükü və təchizatı”ASC faraş məhsularının ixracına hazırlaşmaqdadır. Mövsümdə faraş yetişən məhsulların xarici bazarlara ixracına dəstək veriləcəkdir.

 

Bu fotolar Ağdamın Ergi düzündə çəkilib. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin Yuxarı Qarabağ Regional Bölməsinin aparıcı mütəxəssisi Raqif Məmmədov bildirib ki, hazırda kəndli fermerlərin ötən mövsüm becərdikləri, amma sata bilmədikləri məhsulun dövlətin dəstəyi ilə xarici bazarlarda satılması planlaşdırılır.

12.03.2017 07:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ