Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Mayda cənub bölgəsində 6 minə yaxın turist dincəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mayda cənub bölgəsində 6 minə yaxın turist dincəlib

Ölkəmizin cənub bölgəsində fəaliyyət göstərən turizm obyektləri və istirahət mərkəzləri adətən may ayının sonları və iyun ayının əvvəllərindən etibarən daha çox turist qəbul edirlər.

 

Bu ilki yay turizm mövsümü ərəfəsində cənub bölgəsində havaların isti keçməsi turizm obyektlərinə turist axınına səbəb olub.

 

Həm turizm obyektlərində, həm də dənizkənarı çimərliklərə üz tutanların sayı ötən ilin mövsümü ilə müqayisədə xeyli artıb.

 

May ayında cənub bölgəsinə 6 minə yaxın turist gəlib.

 

Ramazan bayramı günlərində isə təkcə Lənkəran rayonunda 2 min turist dincəlib.

 

Ölkəmizə gələn turistlərin ilk üz tutduğu yerlərdən biri də Lerikdir. Rayon füsunkar təbiəti, gəzməli və görməli məkanları ilə insanı valeh edir.

 

Lerik bir tərəfdən meşəlik, digər tərəfdən dağlarla əhatə olunduğundan, turizm potensialı yüksək qiymətləndirilir. Əsasən Avropa ölkələrindən buraya gələn turistlər arasında flora və faunaya maraq göstərənlər çoxdur.

 

Ələt-Astara magistral yolunun istifadəyə verilməsi də turistlərin gəlişinə müsbət təsir göstərib.

 

Bir çox turizm obyektləri qiymətlər sabit qalmaq şərti ilə əlavə turlar da təşkil edir. İstirahətin bir günlük qiyməti isə komfortundan asılı olaraq dəyişir. Artıq sifarişlərin qəbuluna başlanılıb.

 

Növbəti aylarda da cənub bölgəsinə yerli və xarici turistlərin sayının artması gözlənilir.

07.06.2019 11:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ