Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

2017-ci ilin dövlət büdcəsi qəbul edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
2017-ci ilin dövlət büdcəsi qəbul edildi

"2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin təhlil edilib. Bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

 

Onun sözlərinə görə, millət vəkillərinin təkliflərinə uyğun olaraq bəzi tədbirlər üzrə xərclər üçün tələb olunan maliyyə təminatını yaratmaq məsələsi nəzərdən keçirilib: "Büdcə müzakirəsi zamanı millət vəkillərinin qaldırdığı bəzi məsələlərə yalnız bir il ərzində deyil, bir neçə il ərzində baxılması lazım gəlir. Millət vəkillərinin mədəniyyət sahəsinə xərclərin artırılması ilə bağlı təklifi nəzərə alınaraq mədəniyyət sahəsinə əlavə olaraq 3 milyon manat vəsait ayrılıb. Bundan başqa, Milli Məclisin saxlanma xərcləri 850 min manat artırılıb. Gənclər Fondunun vəsaitinin cari il səviyyədə saxlanılmasına qərar verilib. Gənclər Fonduna nəzərdə tutulan vəsait düzgün qərardır, büdcədə ayrılmış vəsaitdən əlavə məbləğin ayrılması məqsədəuyğun deyil. Büdcənin yığcamlaşdırılmasını nəzərə alıb Fonda vəsaitlərin eyni səviyyədə saxlanılmasını ciddi problem kimi qiymətləndirmirik".

 

Nazir əlavə edib ki, artan xərclərlə əlaqədar 2017-ci ilin dövlət büdcəsinin 2, 8 və 16-cı maddələrində dəyişiklik ediləcək: “Bu maddələr gəlirlərin və xərclərin formalaşmasına aid olan maddələrdir. Millət vəkillərinin digər təkliflərinə gəlincə, bu məsələlərə mərhələli şəkildə baxılacaq".

 

Sonda büdcə zərfinə daxil olan sənədlər səsə qoyulub və qəbul edilib.

© APA

16.12.2016 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ