Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rusiya neftə tələbin azalacağını gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya neftə tələbin azalacağını gözləyir

Rusiyanın energetika naziri Aleksandr Novak, Sankt - Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda (SPIEF) etdiyi çıxışında, qlobal neft bazarlarına dair fikirlərini bildirib.

 

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə OPEC-ə üzv olmayan bəzi ölkələrin toplanmasının gözlənildiyini xatırladan Novak, "Bu yığıncağın 2-4 İyulda Viyanada keçirilməsi barədə razılaşmışıq" deyib.

 

Novak, OPEC ilə əməkdaşlıq sayəsində bazarların sabitləşdiyini vurğulayaraq, "Ancaq ticarət müharibələrinə bağlı hər gün yeni xəbərlər eşidirik, bu da bazarlarda narahatlıq yaradır" deyib.

 

İlkin təxminlərə görə, neft tələbində bu il gündəlik 1,3-1,4 milyon barellik artım gözlənildiyini qeyd edən Novak, "ABŞ ilə Çin arasında yaşanan ticarət müharibəsi səbəbi ilə neft tələbindəki artım bu il gündəlik 1 milyon barelə geriləyə bilər və bu ciddi bir qeyri-müəyyənlik ünsürüdür", deyib.

08.06.2019 06:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ