Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Almaniyanın ən böyük bankının kredit reytinqi aşağı salındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniyanın ən böyük bankının kredit reytinqi aşağı salındı

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", Almaniyanın ən böyük bankı "Deutsche Bank"ın (Döyçe Bank) kredit reytinqini aşağı salıb.

 

Reklam_3_11

"Marja" kredit reytinqi agentliyindən verilən açıqlamaya istinadən xəbər verir ki, "Deutsche Bank"ın uzunmüddətli kredit reytinqi  "BBB+" səviyyəsindən "BBB" səviyyəsinə endirilib. 

 

Beləcə bankın kredit reytinqi maliyyə bazarlarında "zibil" adlandırılan səviyyənin iki pillə üstünə düşmüşdür. 

 

"Fitch" açıqlamasında, ""Deutsche Bank"ın reytinqinin aşağı salınması, davam edən problemləri və bankın gəlirliliyinin artırılması və iş modelini sabit hala gətirilməsi üçün görülən tədbirlərin məhdud qalmasını əks etdirməkdədir", - ifadələrinə yer verilib.

 

Açıqlamada, bank iş modelini gücləndirmək üçün tədbirlər görsə kredit reytinqinin yaxşılaşa biləcəyinə işarə edilib. 

 

"Fitch" eyni zamanda, bankın zəifləmənin qarşısını ala bilmək üçün həll tapa bilməzsə kredit reytinqinin daha aşağı səviyyələrə endirilə biləcəyi xəbərdarlığını da edib.

 

Bankın "Sandart & Poor's"dan aldığı reytinqi "BBB+", "Mody's"dən aldığı reytinqi isə "A3" səviyyəsindədir. 

08.06.2019 08:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ