Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bugünədək barama təhvilinin miqdarı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bugünədək barama təhvilinin miqdarı açıqlandı

Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 8-dək kümçülər tərəfindən “Azəripək” MMC-yə 99,33 ton yaş barama təhvil verilib.

 

Reklam_3_11

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir.

 

Ən çox yaş barama təhvili iyunun 7-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 31,49 ton yaş barama təhvil veriblər.

 

Barama tədarükünə görə Zərdab, Füzuli, Balakən, Zaqatala, Kürdəmir və Şəki rayonları öndədir. Bu günədək Zərdabda 30,19 ton, Füzulidə 22,82 ton, Balakəndə 13,57 ton, Zaqatalada 5,72 ton, Kürdəmirdə 5,64 ton, Şəkidə 5,39 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.

 

Qeyd edək ki, 2019-cu ildə 800 ton barama istehsalı proqnozlaşdırılır. 2018-ci ildə kümçülər tərəfindən ümumilikdə 513,9 ton yaş barama təhvil verilib ki, bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur.  

 

Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.

 

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır.

 

Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.

 

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

 

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.

08.06.2019 11:34

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ