Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

AKİA sədri: “Yarmarkalar fermerlərin şəxsi texnikaları olmasına maraq göstərdiklərini nümayiş etdirir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
AKİA sədri: “Yarmarkalar fermerlərin şəxsi texnikaları olmasına maraq göstərdiklərini nümayiş etdirir”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyi Qubada texnika yarmarkasına başlayıb.

 

Yarmarka Quba-Xaçmaz regionunda yaşayan fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi daşıyır. 2 gün davam edəcək yarmarkada 30-dək təchizatçı, bank, lizinq və sığorta şirkəti öz məhsul və xidmətlərini fermerlərə təqdim edir. 

 

Kənd təsərrüfatı texnikası yarmarkaları may ayının 20-dən başlayıb. İndiyədək Şəmkir, Bərdə, Şəki, Ucar rayonlarında keçirilib. Yarmarkaları Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir. 

 

“Texnika satışına tətbiq edilən yeni qaydalar fermerlərdə kənd təsərrüfatı texnikası almağa yüksək stimul yaradıb. Texnika yarmarkalarında biz bunu çox aydın müşahidə edirik. Dövlət güzəştinin bütün təchizatçılardan texnika alışına tətbiq edilməsi, güzəştlə satılan texnikanın siyahısının genişlənməsi sayəsində hər bir fermer öz təsərrüfatına uyğun həcmdə texnika əldə etməyə maraq göstərir” – Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev belə deyib.

 

Agentlik sədri qeyd edib ki, fermerlərin istək və ehtiyaclarını nəzərə alaraq, texnika yarmarkasında ənənəvi ehtiyac duyulan traktor, kombayn, müxtəlif tip qoşqu avadanlıqları ilə yanaşı, güzəştlə satılan texnikalar siyahısına yeni salınmış müxtəlif tip suvarma qurğuları da nümayiş etdirilir.  “Yeni avadanlıq və qurğuları fermerlərə tanıtmaqda məqsədimiz onların öz təsərrüfatlarını innovativ yanaşma ilə təşkil etməsinə yol göstərməkdir” – Mirzə Əliyev bildirib.


 
Növbəti texnika yarmarkası iyunun 11-12-də Lənkəranda davam edəcək.

08.06.2019 13:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ