Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qlobal bazarda süd qiymətləri sürətlə yüksəlir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarda süd qiymətləri sürətlə yüksəlir

Qlobal qida qiymətləri, mayda aylıq müqayisədə 1,2% artıb, illik müqayisədə isə 1,9% düşüb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət 5 əsas qida maddəsinin qiymətlərinin və ticarətinin izlənməsi ilə hazırlanan Qida Qiyməti İndeksi, mayda aprel ayı ilə müqayisədə 1,2% artaraq 172,4 bənd təşkil edib. İndeks, keçən ilin eyni ayı ilə müqayisədə 1,9% düşüb.

 

Qida Qiyməti İndeksindəki artıma pis hava şəraiti səbəbilə artan pendir və qarğıdalı qiymətləri təsir göstərib. İndeks, may ayındakı artımla ardıcıl 5-ci dəfə artıb.

 

Süd Qiyməti İndeksi aylıq müqayisədə 5,2% artıb və 5 ilin ən yüksək səviyyəsinə çatıb. Bu artım, pendir qiymətlərindəki yüksəliş və güclü qlobal idxal tələbindən qaynaqlanıb.

 

Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiymət İndeksi, qarğədalı qiymətlərindəki ani dalğalanma səbəbilə mayda bir əvvəlki ayla müqayisədə 1,4% yüksəlib. Bu dövrdə düyü qiymətləri sabit qalıb, buğda qiymətləri geriləyib.

 

Ət Qiymət İndeksi mayda aylıq müqayisədə 0,2% artarkən, Bitki mənşəli Yağ Qiymət İndeksi eyni dövrdə 1,1%, Şəkər Qiymət İndeksi 3,2% düşüb.

09.06.2019 20:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ