Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Türklərin üzərinə itlərlə gələnlər bunun cavabını alacaqlar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Türklərin üzərinə itlərlə gələnlər bunun cavabını alacaqlar"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Yer: Hollandiya
 Yerdə yatan: Milli İradəsinə sahib çıxan bir Türk.
 Referendumda "Xeyr" çıxsın deyə,  çalışan Qərb

 

Reklam_3_11

"Son bir neçə gündə Qərb gerçək üzünü ortaya qoyub".

 

Bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.



R. T. Ərdoğan deyib ki, Niderlandda baş verən olay islamafobiyadan xəbər verir: "Mən Almaniyada nazirlərimizin Türkiyə vətəndaşları ilə görüşünə icazə verilməyəndə bunu faşizmlə əlaqələndirmişdim. Niderlandda nə baş verdi? Bir ölkənin nazirinə konsulluqda vətəndaşları ilə görüşə icazə verməmək heç bir çərçivəyə sığmır, beynəlxalq hüququn tapdanması, islam düşmənçiliyinin nəticəsidir. Faşizm Avropada yaşayır. Yalnız faşist yanaşma ilə bu görüşlərə icazə verməmək mümkündür.  Hollandiya çərşənbə günü keçiriləcək parlament seçkilərinə görə Türkiyə ilə münasibətlərə zərbə vurursa, bunun cavabını alacaq. Avropa irqçiliyə gedir. Avropa İttifaqı haradadır? Niderlandda türklərin üzərinə itlərlə gələnlər bunun cavabını alacaqlar. Diplomatiya nədir, onu da öyrənəcəklər. Avropadakı türklərə deyirəm ki, qonşularını da götürüb, tətilə Türkiyəyə gəlsinlər. O xaricilər Türkiyənin qonaqpərvərliyini görəcəklər. Avropadakı türklərə səbirli olmağı, ayaq üstə dik durmağı tövsiyə edirəm" .


 
Türkiyə prezidenti Almaniyanın Dövlət Televiziyası Türkiyədə Konstitusiyaya dəyişikliklə bağlı təklifləri yanlış çatdırdığına da diqqət çəkib: "Bununla referendumun əleyhinə olduqlarını ortaya qoyurlar. Türkiyədəki referendumun Almaniyaya nə dəxli var?".
 
R. T. Ərdoğan qeyd edib ki, Türkiyə gücləndikcə narahat olanlar var: "Bu gün Suriyada PKK terrorçularının əllərində Qərb ölkələrinin silahları var. İnkar etməyə çalışırlar, ancaq faktlar ortadadır. Biz Suriyada Gerablusu, Dabıkı, Babı İŞİD terrorçularından təmizlədik. Növbədə Menbic var, Rusiya səfərimdə də bunu müzakirə etdik. Suriyanın şimalında bir terror dövlətinin qurulmasına yol verməyəcəyik. PKK-nın Suriya qolu PYD/YPG Suriyada dövlət qura bilməyəcək. Türkiyə Silahlı Qüvvələri, müxalif Azad Suriya Ordusu buna yol verməyəcək. İnşaallah, Türkiyədə referendumun keçiriləcəyi 16 aprel bir daha şər qüvvələrin oyununun pozulduğu gün olacaq. 16 apreldə Türkiyə xalqı daha bir parlaq sabaha göz açacaq".

 

© APA

12.03.2017 13:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ