Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avro 1.14 dollaradək bahalaşa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro 1.14 dollaradək bahalaşa bilər

Dünya birjalarında bu həftə aparıcı valyutaların dollara nisbətən və qızıl qiymətlərində müşahidə edilən korreksiyalar diqqət mərkəzində olacaqdır.


 

EUR

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsinin aprel ayının maksimum səviyyələrində müqavimətlə rastlaşdığı müşahidə edilir. Təhlillərə əsasən, avronun məzənnəsi 1.13$-ın üzərində möhkəmlənərsə, 1.14$-a kimi də bahalaşa bilər.

 

Bu baxımından cümə axşamı Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan açıqlanacaq sənaye istehsalına dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

 

GBP

GBP/USD məzənnəsi də 1.27$-da güclü müqavimətlə rastlaşmaqdadır. Lakin qiymətin 1.28$-a kimi bahalaşmaqda davam edə biləcəyi proqnozları güclü olaraq qalır.

 

Breksit fonunda proseslərlə yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərə sənayesi ilə bağlı açıqlanacaq fundamental məlumatlar da böyük maraqla gözlənilməkdədir.

 

TRY

USD/TRY məzənnəsi 5.66TL-yə kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. 5.85TL-yə ticarət edilən Dollar/Lirə məzənnəsi 5.84TL-nin üzərində qaldıqca, 5.95TL-yə kimi də bahalaşa bilər.

 

Qeyd etmək lazımdır ki, lirə Türkiyədə təkrar keçiriləcək bələdiyyə seçkilər ilə bağlı yaranmış siyasi qeyri-müəyyənliklər fonunda təzyiq altındadır.

 

OIL

Dünyada iqtisadi və siyasi məsələlərin həllinə dair yayılan müsbət xəbərlər, enerji birjalarında da öz müsbət təsirini göstərməkdədir. Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti 59$-a kimi ucuzlaşdıqdan sonra yenidən 64$-a kimi dəyər qazanıb və 67$-a kimi dəyər qazana biləcəyi proqnozları da artmaqdadır.

 

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

Dünyada siyasi və iqtisadi risklərin azalmasına dair siqnallar qızıl qiymətinin korreksiyasına səbəb olub. Son zamanlar gərginləşən qlobal şərait, qızıla olan tələbin artmasına səbəb olurdu. 1348$-da (43.3 $/qram) müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayan qızılın bir unsiya üzrə qiyməti, 1320 (42.4 $/qram) və 1311$-a (42.2 $/qram) kimi də ucuzlaşa bilər.

10.06.2019 07:27

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ