Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Ege” hospitalında ölüm - XƏBƏR YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ege” hospitalında ölüm - XƏBƏR YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

10:33 -Bakıda xarici vətəndaşın cərrahiyyə əməliyyatı zamanı öldüyü bildirilir.

 

Xəbərə görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege” hospitalında qeydə alınıb.

 

Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.

 

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, "Grand" hospitalın adı baş vermiş ölümlərdən sonra “Ege” hospitala dəyişdirilmişdi.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report


 

13:32 - “Ege Hospital” xarici vətəndaşın ölmü ilə bağlı yayımlanmış xəbəri təkzib edir.

 

 “Ege Hospital”dan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Rusiya respublikasının vətəndaşı 1958-ci il təvəllüdlü Yadrişnikova Lyudmila Timofeyevna 07.06.2019-cu il tarixində “Ege Hospital”-ın təcili yardımına ürək dayanması diaqnozu ilə çox ağır vəziyyətdə çatdırılmışdır. Peşəkar həkimlərin tibbi müdaxiləsi nəticəsində xəstənin ürək fəaliyyəti bərpa olunmuşdur. Lakin xəstənin ümumi vəziyyətinin çox ağır olması səbəbindən bir neçə saat sonra dünyasını dəyişmişdir.

 

"Qeyd etmək istəyirik ki, müvafiq şəxsə “Ege Hospital”-da heç bir əməliyyat icra olunmamışdır.

 

Xatırladaq ki, Yadrişnikova Lyudmila Rusiya Respublikasında onkoloji müalicə almışdır, lakin müalicənin heç bir faydası olmadığından həmin şəxsə Rusiya respublikasında edilən tibbi müdaxilələr dayandırılmışdır", - məlumatda deyilir.

 

10.06.2019 08:33

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ