Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Vaqonların təmirinə təxminən 3 milyon manat yönəldəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vaqonların təmirinə təxminən 3 milyon manat yönəldəcək

“Bakı Metropoliteni” QSC vaqonların təmiri üçün şirkət, eləcə də yolun üst quruluşunun elementlərinin tədarükçüsünü seçib. Bu barədə cəmiyyətdən məlumat verilib.

 

““Bakı Metropoliteni” QSC-nin istismarda olan metro vaqonlarının ön görünüşünün dəyişdirilməsi, antipas boya ilə rənglənməsi, kuzovun bərpası, iki qat akril boya ilə rənglənməsi, salon daxili işıqlanmanın tam dəyişdirilməsi və modernləşməsi işlərinin satın alınması üzrə açıq tenderin qalibi "Nəqliyyat Təmir-təchizat" MMC olub və onunla 2  milyon 88 min manat dəyərində müqavilə bağlanıb.

 

Yolun üst quruluşunun elementlərinin satın alınması üzrə “Azərtranss” MMC və “VSP Komplekt “ MMC qalib elan olunub. "Azertranss" ilə 243 min 932  manat, "VSP Komplekt" ilə 354 min manat dəyərində müqavilələr bağlanıb.

 

Hər üç müqavilənin ümumi dəyəri 2 milyon 933 min 575 manatdır.

 

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan 

10.06.2019 08:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ