Audi A7 Sportback “2019 World Luxury Car” mükafatına layıq görüldü

(®) Bu il Audi A7 Sportback modeli ən yaxşı lüks avtomobil adına layiq görülüb.

 

Bu mükafat Audi-yə artıq ikinci dəfə təqdim olunur, keçən il “World Luxury Car” adlı mükafat Audi A8 modelinə təqdim olunmuşdu. Mükafatlandırma Nyu-Yorkda keçirilən International Auto Show adlı sərgidə baş tutmuşdu.

 

86 nəfərdən ibarət jüri komitəsi Audi A7 Sportback modelini dünya bazarında ən yaxşlı lüks avtomobil adına layiq görüb. 

 

“Biz bu mükafatı aldığımıza görə çox böyük qürur hissi duyuruq. Çünki bu mükafat Audi-nin istənilən seqmentdə premium avtomobil istehsal etmək imkanını göstərir”

 

Kupenin dizaynı və Avantın universallığı - yeni Audi A7 Sportback modelində birləşib. Audi A7 Sportback öz geniş imkanları sayəsində dünyada öz sözünü deyən avtomobillərdən birinə çevrilib.

10 İyun 2019 , 12:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin