“Ege Hospital”dan xəstənin öldüyü iddialarına reaksiya
“Ege Hospital”, əməliyyat masasında xarici vətəndaşın ölmü ilə bağlı yayılan xəbəri təkzib edir.
“Ege Hospital”dan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Rusiya respublikasının vətəndaşı 1958-ci il təvəllüdlü Yadrişnikova Lyudmila Timofeyevna 07.06.2019-cu il tarixində “Ege Hospital”-ın təcili yardımına ürək dayanması diaqnozu ilə çox ağır vəziyyətdə çatdırılmışdır. Peşəkar həkimlərin tibbi müdaxiləsi nəticəsində xəstənin ürək fəaliyyəti bərpa olunmuşdur. Lakin xəstənin ümumi vəziyyətinin çox ağır olması səbəbindən bir neçə saat sonra dünyasını dəyişmişdir.
"Qeyd etmək istəyirik ki, müvafiq şəxsə “Ege Hospital”-da heç bir əməliyyat icra olunmamışdır.
Xatırladaq ki, Yadrişnikova Lyudmila Rusiya Respublikasında onkoloji müalicə almışdır, lakin müalicənin heç bir faydası olmadığından həmin şəxsə Rusiya respublikasında edilən tibbi müdaxilələr dayandırılmışdır", - məlumatda deyilir.
Yayılan xəbərə görə, Lyüdmila Timofeyevna Yardşinko “Ege” hospitalında əməliyyat masasında dünyasını dəyişib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
3 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
5 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl