Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Gilan Holdinq” böyük fındıq bağları salır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gilan Holdinq” böyük fındıq bağları salır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Gilan Holdinq” tərəfindən də rayonda böyük fındıq bağlarının salınması üçün tədbirlər görülür.  Yaz aylarında rayonda 300 hektar sahədə yeni fındıq bağının salınması nəzərdə tutulur.

 

“Marja” xəbər verir ki, bu barədə Rayon icra hakimiyyətindən bildirilib.

 

Rayon icra hakimiyyətinin köməkliyi ilə Mirzəbəyli, Zərgərli, Tikanlı, Nic, Mıxlıqovaq, Solqıca, Bum və digər kəndlərin sakinləri istifadə etdikləri və bələdiyyə mülkiyyətində olan boş torpaq sahələrini kol-kosdan təmizləyərək əraziyə fındıq tingləri əkirlər. Tinglər kəndlilərin fərdi təsərrüfatlarındakı mövcud fındıq bağlarından çıxarılaraq sakinlərə paylanılır. 

 

Hər il rayonda 100-120 hektar sahədə yeni fındıq bağı salınırdısa, yeni plana uyğun olaraq ümumilikdə Qəbələdə 1000 hektar sahədə yeni fındıq bağının salınması qarşıya məqsəd kimi qoyulub. Ötən 5 ay ərzində bölgənin ən böyük fındıqçılıq rayonu olan Qəbələnin 20-ə yaxın kəndində əhali arasında geniş maarifləndirmə işləri aparılmaqla yanaşı, kütləvi şəkildə fındıq tinglərinin əkilməsi işləri həyata keçirilib. Qısa müddətdə rayonda 700 hektar sahədə yeni fındıq bağı salınıb.

 

Qeyd edək ki, 2016-cı ildə Qəbələdə mövcud olan 3480 hektar bar verən fındıq bağından 8 min 200 ton məhsul yığılıb. Kəndlilər məhsulu yerli bazarlara çıxarmaqla yanaşı, bir kiloqramını 5 manata fındıq qəbulu məntəqələrinə də satıblar. Rayonda fındıq emalı zavodu fəaliyyət göstərir ki, bu da kəndlilərin ildən-ilə fındıq bağlarını daha da genişləndirməyə və məhsuldarlığı artırmağa həvəsləndirir.

13.03.2017 04:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ