Goldman 3 aylıq avro/dollar proqnozunu 1.15-ə yüksəltdi

Goldman Sachs Group Inc. strateqləri Zach Pandl və Kamakshya Trivedi, Avro/Dollar cütlüyü üçün 3 aylıq təxminlərini 1.10-dan 1.15 səviyyəsinə yüksəldiblər (Avronun bahalaşacağını gözləyirlər). 

 

Pandl, "Avronun nəhayət ucuzlaşmasının başa çatmış ola biləcəyini düşünürük" deyib.

 

Avro/dollar məzənnəsi bu gün 0.1% miniusda 1.1319 səviyyələrindədir.

 


PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Strateqlərə görə, Almaniyada avtomobil istehsalındakı artım ilə sənaye fəaliyyətlərindəki yaxşılaşma başlayıb.

 

Nisbi olaraq yumuşaq maliyyə şərtləri, aşağı neft qiymətləri və maliyyə təşviqləri Avroya potensial dəstəklərdir. 

 

Avropa Mərkəzi Bankının potesial faiz artıracağı ehtimalının güclənməsi Avronu daha da bahalaşdıracaqdır.


Strateqlər, "Avropa Mərkəzi Bankının Fed ilə müqayisədə pul siyasətini yumuşaldacağı potensialı daha aşağıdır, bu səbəbldən də Avro dəyər qazana bilər" deyibl'r.

10 İyun 2019 , 17:56   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin