Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft, ABŞ-da istehsalın artması ilə düşür - 10%-ə yaxınlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, ABŞ-da istehsalın artması ilə düşür - 10%-ə yaxınlaşdı

Neft qiymətləri, ABŞ-da neft  istehsalçılarının fəaliyyətlərini artırması və bunun da qlobal hasilat çoxluğunu azaltmaq üçün OPEC-in səylərini heç etməsilə əlaqədar olaraq ucuzlaşır.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Baker Hughes Inc.-ın açıqladığı məlumatlara görə, ABŞ-da qazılan neft quyularının sayı 2015-ci ilin Sentyabr ayından bu yana ən yüksək səviyyəsinə çıxıb. 

 

Neft qiymətləri, Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin 1 Yanvardan etibarən qlobal hasilat çoxluğunu azaltmaq üçün istehsalı azaltmağa başlamasından keçən həftəyədək 50 dolların üzərində dalğalanırdı. ABŞ-da hasilatın və ehtiyatların artması ilə bağlı olaraq neft keçən həftə  50 dollardan aşağı düşdü. ABŞ-da xam neft ehtiyatları rekord səviyyəyə çıxarkən və istehsal bir ildən çox müddətin ən yüksək səviyyəsinə çatıb. Səudiyyə Ərəbistanının neft  naziri Xalid əl-Falih, qlobal təklifin gözləniləndən daha yavaş azaldığını söyləyib.

 

Analitiklər bildirir ki, təklif tələbi üstələmiş kimi görünür və buna görə diqqətlər yenidən bazardakı təklif çoxluğuna çevrilir. OPEC ehtimalla qiymətlər 40 dollara yaxınlaşana qədər hərəkətə keçməyəcək.

 

Qərb Teksas neft (WTI) Nymex birjasında 59 sent düşərək bareli 47.90 dollara qədər, Brent nefti Londonda   ICE Futures Europe birjasında 52 sent ya da 1% düşərək bareli 50.85 dollara qədər enib. Qiymətlər keçən həftə 8.1% düşüb.  Beləliklə, neftin ucuzlaşması 10%-ə yaxınlaşır.

13.03.2017 05:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ