Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Heyvanların sığortası üzrə ödənişlər kəskin artıb, toplanan haqlar isə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Heyvanların sığortası üzrə ödənişlər kəskin artıb, toplanan haqlar isə azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı bitkiləri məhsullarının sığortaları üzrə toplanan sığorta haqları azalıb.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-aprel ayları ərzində kənd təsərrüfatı heyvanlarının sığortası üzrə cəmi 430 min manat sığorta haqları toplanıb. 2018-ci ilin eyni dövründə bu məbləğ 885 min manat idi ( 2 dəfədən çox azalma).


Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ödənişlər ötən ilin ilk 4 ayında 138 min manat ikən, bu ilin eyni dövründə 302 min manata yüksəlib (2,2 dəfə artıb). 


2018-ci ilin yanvar-aprel ayları ərzində kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə toplanan sığorta haqları 32 min manat ikən, 2019-cu ilin eyni dövründə yığım 28 min manata düşüb. Bu növ üzrə sığorta ödənişi ötən ilin eyni dövründə 64,4 min manat təşkil etmişdi. Bu ilin yanvar aprel dövründə ödəniş həyata keçirilməyib. 

 

2019-cu il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 358 min baş qoyun və keçi, 2 milyon 667 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 282 min baş inək və camış mövcud olmuşdur. 

11.06.2019 07:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ