Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Ləğv prosesində olan “Bank Standard”ın Kreditorlar Komitəsinə yeni sədr seçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ləğv prosesində olan “Bank Standard”ın Kreditorlar Komitəsinə yeni sədr seçilib

Şahin Əhmədov ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinə yeni sədr seçilib.

 

Bu gün “Bank Standard”ın Kreditorlar Komitəsinin yeni tərkibi müəyyənləşdirilib.

 

İclasda Kreditror Komitəsinin sədri Əkrəm Həsənov istefasını elan edib və bundan sonra Komitənin yeni tərkibi formalaşdırılıb. Komitənin üzvlərin sayı 2 dəfədən çox artaraq 27-dən 60-a çatdırılıb. 

 

İclasda iştirak edən kreditorlar Komitəni və onun sabiq sədrini fəaliyyətsizlikdə günahlandırıblar. Onlar bildiriblər ki, bu müddət ərzində Kreditorlar Komitəsi və Əkrəm Həsənovun fəaliyyəti heç bir nəticə verməyib. 

 

Şahin Əhmədov Bankın fiziki şəxs əmanətçisidir. Ümumilikdə 58 nəfərin iştirak etdiyi səsvermədə Şahin Əhmədovun rəqibi "Azercell Telecom" MMC-nin nümayəndəsi vəkil Oktay Məhərrəmov olub. Seçkilərdə 35 nəfər Şahin Əhmədova, 1 nəfər isə Oktay Məhərrəmova səs verib. Digər üzvlər isə səs verməyib. Bundan əlavə Kreditorlar Komitəsinin katibi vəzifəsinə yalnız bir nəfər -Nailə Təhməzova namizəd olub və 34 səs çoxluğu ilə seçilib.

 

Komitənin hazırki sədri Əkrəm Həsənov deyib ki, yeni tərkibin legitim olması üçün məhkəmə tərəfindən təsdiqlənməsinə ehtiyac var:

 

"Hələlik bu tərkib, sədr və katib məhkəmə tərəfindən tanınmalıdır. Bu barədə Bakı Apelyasiya Məhkəməsinə müraciət ediləcək. Hazırki sədr kimi həm mən müraciət edəcəm, həm də Əmanətlərin Sığortalanması Fondu (ƏSF) yeni sədr və katibin tanınması üçün məhkəməyə üz tutacaq. Bakı Apellyasiya Məhkəməsinin işə nə vaxt baxacağını da bilmirik. O vaxta qədər də köhnə tərkib, sədr və katib qüvvədə olacaq".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

© Report

11.06.2019 17:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ