Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sığorta pullarının 80 faizə yaxını 5 şirkətin kassasına daxil olur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta pullarının 80 faizə yaxını 5 şirkətin kassasına daxil olur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda toplanılmış 265 milyon 297 min manat sığorta haqqının 203 milyon 911 min manatı və yaxud 76,9%-i 5 sığorta şirkətinin payına düşüb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (74 milyon 597 min manat), "PAŞA Sığorta" (71 milyon 970 min manat), "Azərsığorta" (33, milyon 1 min manat), "Atəşgah Həyat Sığorta" (12 milyon 370 min manat) və "Atəşgah Sığorta" (11 milyon 964  manat) ASC-lərdir.

 

4 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (128 min manat), "Amrah Sığorta" (138 min manat), "Bakı Sığorta" (298 min manat) və "Rəvan Sığorta" (818 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,382 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,5%-i deməkdir.

 

Qalan 12 sığorta şirkətinin ümumi yığımları isə 60 milyon 4 min manat (22,6%) təşkil edib.

 

Ödənişlərin 70%-i 5 şirkətin payına düşür

 

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyata keçirilmiş 66 milyon 651 min manat sığorta ödənişinin 46 milyon 936 min manatı və yaxud 70,4%-i 5 sığorta şirkətinin payına düşüb.

 

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (17 milyon 620 min manat), "PAŞA Sığorta" (14 milyon 676 min manat), "Atəşgah Sığorta" (6 milyon 427 min manat), "Atasığorta" (4 milyon 934 min manat)   və "Azərsığorta"dır (4 milyon 279 min manat).

 

4 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (1 min manat), "Bakı Sığorta" (40 min manat), "İpək Yolu Sığorta" (53 min manat) və "Amrah Sığorta" (62 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 156 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,25%-i deməkdir.

 

Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 19 milyon 559 milyon manat (29,35%) təşkil edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "Renkinq"

12.06.2019 06:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ