Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Məşhur holdinqin məşhur PR şefi işdən çıxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşhur holdinqin məşhur PR şefi işdən çıxıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Veysəloğlu” Qrupunda İctimaiyyətlə Əlaqələr (PR) şöbəsinin rəhbəri İlham Məmmədzadə vəzifəsini tərk edib.

 

"Marja" xəbər verir ki, bu barədə "Facebook" səhifəsində İlham Məmmədzadə özü məlumat verib.

 

"Bu gündən etibarən hər zaman sevərək və məsuliyyətimlə adını daşıdığım “Veysəloğlu” Şirkətlər Qrupundan ayrıldım. Çox şadam ki, ölkəmizdə minlərlə insanın çalışdığı və ailəsini dolandırdığı, özünün korporativ dəyərləri olan belə bir şirkət var. Qida sektorunda, əsasən də idxal və dağıtım, istehsal və pərakəndə sahəsində daim inkişaf edərək ölkə iqtisadiyyatına töhfəsini verən, cəmiyyətin bütün sahələrində daim insanların yanında olmağa çalışan bir komandaya malik Veysəloğlu şirkətində çalışmaqdan məmnun oldum. 


Fəaliyyət dönəmində əsas məqsədim “Veysəloğlu”nun ictimaiyyətdə müsbət korporativ imicinin yaradılması, işgüzar nüfuzunun qorunması və daim cəmiyyətin bütün sahələrində şirkətin tanınması və sevilməsi olub. 
Şirkətdə fəaliyyətim dönəmində mənə dəstək olan, hər zaman köməklik göstərən media nümayəndələrinə, jurnalist dostlarıma, PR həmkarlarıma və sizlərə dərin təşəkkürümü bildirirəm. Sizinlə birlikdə bu yolu keçdik və uğurlara imza atdıq. 


Qeyd edim ki, “Veysəloğlu” Qrupun peşəkar PR komandası var və bu komandanın gələcək fəaliyyətində uğurlar arzu edirəm",- İlham Məmmədzadə bildirib.

11.06.2019 15:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ